Cəlal Hüseynovun komandasından Bolqarıstanda növbəti qələbə
Futbol üzrə Bolqarıstan Yüksək Liqasında 26-cı tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Dobruca" ilə qarşılaşıb.
Matç azlıqda qalmasına baxmayaraq, Krjali təmsilçisinin qələbəsilə yekunlaşıb - 2:0.
Bu dəfə ehtiyatda qalan yığmamızın müdafiəçisi meydana 75-ci dəqiqədə çıxıb.
"Arda" 35 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
