Azərbaycanın daha iki güləşçisi İslamiadada finala yüksəldi

Azərbaycanın daha iki güləşçisi İslamiadada finala yüksəldi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha iki təmsilçisi finala vəsiqə qazanıb.

Sərbəst güləşdə İslam Bazarqanov (57 kiloqram), qadın güləşində Ruzanna Məmmədova (62 kiloqram) həlledici görüşə yüksəliblər.

Yarımfinalda uduzan Əli Rəhimzadə (65 kiloqram) və Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Daha əvvəl Azərbaycan güləşçilərindən Jalə Əliyeva (57 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) gümüş, Elnurə Məmmədova (50 kiloqram) isə bürünc mükafat əldə ediblər.

İslamiadaya noyabrın 21-də yekun vurulacaq.