Azərbaycan güləşçisinin 4 illik cəza almasının səbəbləri açıqlandı

Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə ciddi cəza alıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentiliyi (AMADA) idmançını 48 aylıq diskvalifikasiya edib.
Güləşçinin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu - S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium aşkarlanıb.
O, qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb.
M.Abdullazadənin sanksiyasının cəzası ötən il martın 15-dən qüvvəyə minib.