"Ötən illə müqayisədə lazımlı nəticələri çıxarmışıq" - BERDIYEV

"Gözlədiyimiz kimi, çətin oyun keçdi. "Qəbələ" çox yaxşı komandadır, sürətli hücumçuları var".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 4-cü trunun "Qəbələ" ilə görüşü haqda fikirlərini bölüşüb:
"2-ci hissədə daha yaxşı oynayaraq qələbə qazandıq. Ötən illə müqayisədə lazımlı nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik. Heyətə kimləri dəvət eləmişiksə, onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də transfer edək, alınmadı".
Qeyd edək ki, qərblilər Qəbələ təmsilçisinə minimal hesabla qalib gəliblər - 1:0.