Günay Qurbanova ABŞ-dəki dünya çempionatında 2-ci yeri tutdu
Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
"Mediasport" xəbər verir ki, 59 kq çəki dərəcəsində yarışan Avropa çempionu həlledici dueldə ukraynalı Alina Filipoviçlə qarşılaşıb.
Gərgin keçən görüş 4:4 hesabı ilə yekunlaşıb, rəqib sonuncu xal prinsipinə görə dünya çempionu olub.
Xatırladaq ki, mundialda daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc medal qazanıb.
DÇ oktyabrın 18-də yekunlaşacaq.

