"Növbəti mövsüm yüksək nəticələr uğrunda mübarizə aparacağıq"

 "Növbəti mövsüm yüksək nəticələr uğrunda mübarizə aparacağıq"

Premyer Liqada debüt ilində çempionatda qalmağı bacaran "İmişli" yeni mövsümdə daha iddialı olacaq.

Bu barədə "Mediasport"a Aran təmsilçisindən məlumat verilib.

Bildirilib ki, komanda yüksək hədəflər uğrunda mübarizə aparacaq:

"Bu mövsüm Misli Premyer Liqasındakı mübarizəmizi heç-heçə ilə yekunlaşdırdıq. Çempionatı isə 9-cu pillədə tamamladıq.

Komandamız üçün debüt mövsümü həm təcrübə, həm də gələcəyə atılan vacib addım oldu.

Növbəti mövsümdə daha güclü, daha iddialı hədəflər və daha yüksək nəticələr uğrunda mübarizə aparacağıq".

Xatırladaq ki, "İmişli" 12 komandalı elitada 34 xal toplayıb.