"Karvan"da 2 yeni müqavilə - RƏSMİ

2025/2026 mövsümündə Premyer Liqada mübarizə aparacaq "Karvan" iki futbolçusu ilə sözləşmənin müddətini yeniləyib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Rəhman Şabanovla 1 illik yeni müqavilə imzalayıb.
28 yaşlı futbolçu ötən mövsüm "Karvan"ın heyətində 23 oyuna çıxıb, 14 məhsuldar ötürmə edib və 2 qol vurub.
Ceyhun Bağırzadə də qarşıdakı mövsümü aranlıların heyətində keçirəcək.
O, son mövsümdə 7 matç keçirib.