"Qarabağ" Antalya toplanışında 3 matçın hamısında qalib gəldi

"Qarabağ" Antalya toplanışında 3 matçın hamısında qalib gəldi

"Qarabağ” Türkiyədə təlim-məşq toplanışını başa vurub.

Mediasport xəbər verir ki, Ağdam klubu son yoxlama matçında da qələbə qazanıb.

Komanda bu dəfə Polşanın “Zaqlebye” klubunu üstələyib - 3:1.

"Atlılar"ın qollarını Leandro Andrade, Abdullah Zubir və Coni Montiel vurublar.

Xatırladaq ki, Qurban Qurbanovun komandası günün ilk sınaq görüşündə “Osiyek”ə (Xorvatiya) qalib (3:1) gəlib, daha əvvəl isə "Neftçi"ni (Özbəkistan) böyük hesabla məğlub (5:0) edib.