"Qarabağ"ın cavab qarşılaşması məşhur fransalı hakimə tapşırıldı

"Qarabağ"ın cavab qarşılaşması məşhur fransalı hakimə tapşırıldı

Avqustun 27-də Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Qarabağ" - "Ferensvaroş" (Macarıstan) görüşünün hakimlər briqadası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, matçı Fransadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim məşhur FİFA referisi Kleman Türpin olacaq. Ona yan xətdə Nikolya Danos və Aleksis Auqer kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək. VAR-da Jerom Brizar, AVAR-da Nikolya Renvil əyləşəcək.

Xatırladaq ki, oyun saat 20:45-də start götürəcək.

Təmsilçimiz ötən həftə səfərdə 3:1 hesablı qələbə qazanıb.