Cəlal Superliqada növbəti oyununu keçirib 3 xala sevindi

Cəlal Superliqada növbəti oyununu keçirib 3 xala sevindi

Futbol üzrə Rumıniya Superliqasında 5-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun formasını geyindiyi "Petrolul" səfərdə "Voluntari" ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Cəlal meydana 81-ci dəqiqədə daxil olub.

Xallarının sayının 9-a çatdıran Ploieşti təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.