"Qarabağ" Türkiyə turnirində 5-8-ci yerlər uğrunda mübarizə aparacaq

  "Qarabağ" Türkiyə turnirində 5-8-ci yerlər uğrunda mübarizə aparacaq

Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələrin komandaları arasında "Turan Cup 2025" futbol turniri davam edir.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası "Paxtakor"a 0:2, "Rizəspor"a 0:4 hesabı ilə uduzub.

Təmsilçimiz turnirdə keçirdiyi ilk matçda Qazaxıstanın "Kaspiy" klubunu 2:0 hesabı ilə məğlub edib.

"Qarabağ" 5-8-ci yerlər uğrunda mübarizədə Qırğızıstanın Milli Futbol Akademiyası komandası ilə qarşılaşacaq.

Matç sabah Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.