"Qarabağ" İsveçdəki beynəlxalq turnirdə bu dəfə heç-heçə etdi

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası İsveçdə təşkil edilən “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, qrup mərhələsinin II tur görüşündə rəqib “Sportinq Laqos” klubu olub.
Ağdam təmsilçisi qolsuz bərabərliyə razılaşıb.
Qeyd edək ki, ilk turda İsveç “Myallbü” komandasına 2:1 hesabı ilə qalib gələn U-17 bu gün “Göteborq”la qarşılaşacaq.