AFFA rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi

AFFA rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur.

Ümumxalq Hüzn Günü ilə əlaqədar AFFA rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.