"Qarabağ" Çempionlar Liqasında pley-offa darmadağınla çıxdı!

UEFA Çempionlar Liqasında yeganə təmsilçimiz "Qarabağ" III təsnifat mərhələsinin cavab oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, "köhlən atlar" doğma azarkeşlər önündə Şimali Makedoniya klubu "Şkendiya"nı darmadağın edib.
Ağdam klubu pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) duelinin güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, Qurban Qurbanovun komandası ötən həftə reallaşan ilk matçda 1:0 hesablı qələbə qazanmışdı.
Məğlub olan kollektivlər isə UEFA Avropa Liqasının pley-off mərhələsində münasibətlərinə aydınlıq gətirəcəklər.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
"Qarabağ" - "Şkendiya" 5:1
Qollar: Klisman Ceyk, 16-avtoqol, Kadi Borges, 18, Nəriman Axundzadə, 33, Marko Yankoviç, 35-pen., Leandro Andrade, 59 - Fabris Tamba, 10.
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Marten
Tofiq Bəhramov adına Respublika stadionu.