"Qarabağ" Kevin Medinanın vəziyyəti barədə açıqlama yaydı
Dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində İtaliyada keçirilən "Napoli" - "Qarabağ" oyununda ağır zədə alan Kevin Medinanın sağlamlıq vəziyyətinə aydınlıq gəlib.
"Mediasport"a bu barədə “Qarabağ”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, futbolçu tezliklə matçlara qoşulacaq:
“Bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. Komandamız sabah istirahət edəcək. Medinanın birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir".
Qeyd edək ki, 51-ci dəqiqədə yaxın məsafədən vurulan zərbədən sonra sifətinə top dəyən kolumbiyalı huşunu itirərək yerə yıxılmışdı.
O, daha sonra özünə gəlsə də, məşqçilər korpusu əvəzləyib.
