"Qarabağ"ın legioner futbolçusu avrokubokların tarixinə düşdü

"Qarabağ"ın legioner futbolçusu avrokubokların tarixinə düşdü

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.

“Mediasport” xəbər verir ki, kabo verdelii futbolçu üç fərqli oyunda - “Hekken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik"ə qarşı matçların 1-ci dəqiqələrində qol vurmaqla tarixə düşüb.

Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.


Dekabr 2023 – “Qarabağ” - “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi

Yanvar 2025 – “Qarabağ” - FKSB – UEFA Konfrans Liqasının pley-off mərhələsi

Oktyabr 2025 – “Qarabağ” - “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi