İordaniyada keçirilən DÇ-də 4 hakimimiz fəaliyyət göstərib

 İordaniyada keçirilən DÇ-də 4 hakimimiz fəaliyyət göstərib

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda keçirilən güləş üzrə veteranlar arasında dünya çempionatında 4 hakimimiz görüşlərin idarəçiliyində yaxından iştirak edib.

"Mediasport" xəbər verir ki, I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində əsas söz sahibi olub. 

Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə daha çox xalçada orta hakim funksiyasını yerinə yetiriblər.

Onlar, həmçinin, beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda iştirak ediblər. 

İmtahanın nəticələri 2026-cı ilin sonunadək açıqlanacaq.