"Turan Tovuz" və "Neftçi"nin potensial rəqiblərinin sayı çoxaldı
UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində mübarizə aparacaq "Turan Tovuz" və "Neftçi"nin növbəti mümkün rəqibləri məlum olub.
"Mediasport" xəbər verir ki, turnirə 2-ci təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnməmişlər siyahısında yer alacaq “Turan Tovuz”un potensial rəqibləri siyahısına daha 7 kollektiv qoşulub.
Bunlar “Ayaks” (Niderland), “Rakuv” (Polşa), “Başakşehir” (Türkiyə), “Katovitse” (Polşa), “Hibernian” (Şotlandiya), “Torşavn” (Farer adaları) və “Sion”dur (İsveçrə).
Ümumilikdə tovuzluların 42 mümkün rəqibindən 23-ü məlumdur:
“Kopenhagen” (Danimarka), “Panatinaikos” (Yunanıstan), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Riyeka” (Xorvatiya), ÇFR (Rumıniya), HJK (Finlandiya), “Jrinski Mostar”(Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Hradeç" (Çexiya), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Norşelland” (Danimarka), “Tobol” (Qazaxıstan).
“Neftçi” üçün isə daha 3 potensial rəqib gəlib: “Velej Mostar” (Bosniya və Herseqovina), “Dinamo Siti”(Albaniya) və “Mondorf-le Ben”(Lüksemburq).
Bununla da səpələnməmişlər arasında olacaq "ağ-qaralar"ın 26 potensial rəqibdən 23-ü müəyyənləşib:
“Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Santa Koloma” (Andorra), “Konnas Kuey” (Uels), “Styarnan” (İslandiya), “Avropa” (Cəbəllütariq), “İnter Turku” (Finlandiya), “Malişeva” (Kosovo), “Elimai” (Qazaxıstan), “Hegelmann” (Litva), “Penibont” (Uels), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar-Bar” (Monteneqro), “Marsaşlokk”(Malta), “Nomme Kalyu” (Estoniya), “Karnarfon” (Uels).
Qeyd edək ki, ilk raundun püşkatması iyunun 16-da, oyunlar iyulun 9-da və 16-da baş tutacaq.
2-ci təsnifat mərhələsinin püşkatması iyunun 17-də, qarşılaşmalar isə iyulun 23-də və 30-da keçiriləcək.


