AFFA Region Liqasında yeni mövsümün püşkü atıldı

AFFA Region Liqasında yeni mövsümün püşkü atıldı

AFFA Region Liqasının yeni mövsümünün püşkü atılıb.

"Mediasport" xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə qurumun Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov, Texniki direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov və Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə iştirak ediblər.

Turnirin oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub.

Ümumilikdə 54 komandanın mübarizə aparacağı yarışda ilk oyunlar martın 8-9-da keçiriləcək.

Mövsümə mayın sonlarında yekun vurulacaq.

Püşkün nəticəsinə əsasən I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:


Paytaxt və Şimal zonası


A qrupu, I tur

ŞKGB – “Şirvanovka” FK

“Gənclər PFM – “Lokomotiv Baku”

“Ramana” FK – ATİDEL PFK

“Record Club” – “İnşaatçı” PİK

B qrupu

“Cəngi” FK – “City Baku” FK

“Xanlıq” – “Əmirli” FK

“Çinar Zəngilan” FK – “Dirçəliş” FK

C qrupu

“Mübariz” FA – “Xudat City” FA

“Bayıl Rovers” – “Qaradağ Şıxlar” FK

İCBFA – “Gənclik” İK


Mərkəz zonası


D qrupu

“Ümid” FK – “Marafon” İK

“Bahar” (Beyləqan) – “Avşar” FK

“Hacıqabul” – “Şirvan OİK”

E qrupu

“Araz” (İmişli) – “Sabirabad” FK

“Xankəndi” FK – “Lokomotiv İmişli”

“Şirvan” FK – Mil” FK


Cənub zonası


F qrupu

“Zəfər-44” – “Biləsuvar” FK

“Ərkivan” (Masallı) – “Salyan OİK”

“Qobustan” FK – “Masallı” PFK

“Lənkəran” FK – “Neftçala” FK

Şimal-Qərb və Qərb zonası

G qrupu

“Balakən” FK – “Tərtər” FK

“Bərdə” FK – “Kürmük” (Qax)

“Ağstafa Gəncləri” – “Xocalı” PFK

H qrupu

“Goranboy OİK” – “Naftalan” FK

“Qax” FK – “VT Gəncə”