"Qarabağ"ın mümkün pley-offda potensial rəqibi məlum olur

"Qarabağ"ın mümkün pley-offda potensial rəqibi məlum olur

Bu gün UEFA Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Mediasport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtilə saat 15:00-da start götürəcək.

Püşkatmada Konfrans Liqasında təmsilçimiz "Qarabağ"ın potensial rəqibi də məlum olacaq.

Ağdam klubu 3-cü təsnifatda Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdırsa, pley-offda 4 mümkün rəqibdən (“Xetafe” (İspaniya), “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi, “Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi və “Makkabi” (Təl-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu) biri ilə üz-üzə gələcək.

Hər iki turnirdə ilk matçlar avqustun 20-də, cavab qarşılaşmaları avqustun 27-də reallaşacaq.