UEFA Avropa Liqasında pley-off mərhələsinin cütləri məlum oldu
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatması keçirilib.
"Mediasport" xəbər verir ki, bu mərhələdə turnirin əsas mərhələsinin qalan iştirakçıları müəyyənləşəcək.
İki oyunluq qarşılaşmaların qalibləri Liqa mərhələsinə vəsiqə qazanacaqlar.
Məğlub komandalar isə yollarına Konfrans Liqasının əsas mərhələsində davam edəcəklər.
Pley-offun ilk oyunları avqustun 20-də, cavab matçları avqustun 27-də baş tutacaq.
UEFA Avropa Liqası. Pley-off cütləri
"Trabzonspor" (Türkiyə) – "Ferensvaroş" (Macarıstan) / "Qurnik" Zabje (Polşa)
"Sent-Trüyden" (Belçika) – "Linkoln" (Cəbəllütariq) / "Omoniya" (Kipr)
"KuPS" (Finlandiya) / "Universitatya" Krayova (Rumıniya) – "Ararat-Armeniya" (Ermənistan) / "Çelye" (Sloveniya)
"Hapoel" Beer-Şeva (İsrail) / "Srvena Zvezda" (Serbiya) – "Viktoriya" (Çexiya)
"Şemrok" (İrlandiya) / "Eqnatiya" (Albaniya) – "Lilleström" (Norveç)
"Yagelloniya" (Polşa) / "Reyncers" (Şotlandiya) – "Larne" (Şimali İrlandiya) / "İberiya" (Gürcüstan)
"Myallbü" (İsveç) / "Slovan" (Slovakiya) – "Pafos" (Kipr) / "Zalsburq" (Avstriya)
"Levski" (Bolqarıstan) / "Kayrat" (Qazaxıstan) – PAOK (Yunanıstan) / "Anderlext" (Belçika)
"Lex" (Polşa) / "Klaksvik" (Farer adaları) – "Tun" (İsveçrə) / "Vikinqur" (İslandiya)
"Hradeç" (Çexiya) / "Beşiktaş" (Türkiyə) – "Dinamo" Zaqreb (Xorvatiya) / "Kauno Jalgiris"(Litva)
"Benfika" (Portuqaliya) / "Harts" (Şotlandiya) – "Orhus" (Danimarka) / "Sabah" (Azərbaycan)
OFİ (Yunanıstan) – "Makkabi" Təl-Əviv (İsrail) / ÇSKA Sofiya (Bolqarıstan)


