"Qarabağ"ın onu heyətinə qatmaq istəməsi xəbərini təsdiqlədi

"Qarabağ"ın onu heyətinə qatmaq istəməsi xəbərini təsdiqlədi

"Qarabağ"ın mənə olan marağı ilə bağlı yazılanlar doğru idi. Azərbaycanda qalmaq variantlarım yaranmışdı. Lakin bu, futboldur, transfer baş tutmadı".

"Mediasport" xəbər verir ki, bu sözləri ötən mövsümün sonunda "İmişli"dən ayrılan Andrey Sinenko deyib.

Belaruslu qapıçı ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ"ın onu heyətinə qatmaq istədiyini təsdiqləyib:

"Sadəcə şərait elə gətirdi ki, keçidim alınmadı. Hazırda "Dnepr"dəyəm və burada komandama maksimum dərəcədə kömək etməyə çalışıram".

Qeyd edək ki, 29 yaşlı qolkiper karyerasını vətənində - Mogilevin "Dnepr" klubunda davam etdirir.