“Araz-Naxçıvan” adına daha da artığını etməyə gücümüz var"

“Araz-Naxçıvan” adına daha da artığını etməyə gücümüz var"

"Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Ola bilər ki, təcrübəsiz görünürük, lakin sabahkı oyunun mahiyyətini həm futbolçular, həm biz yaxşı anlayırıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə (Yunanıstan) ilk oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında sabahkı matç haqda düşüncələrini bölüşüb, hazırlıq planından danışıb:

"Evdə oynayacağımız üçün uğurlu nəticə qazanacağımıza ümid edirəm. Oyuna tam hazırıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, “Araz-Naxçıvan” adına daha da artığını etməyə gücümüz var.

Bəzi futbolçularımız dəfələrlə belə yarışlarda iştirak ediblər. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Oyundan-oyuna öz ustalıqlarını meydanda göstərməyə çalışırlar. Yaxşı kollektivimiz var və arzuolunan mühit formalaşdırmışıq. Düşünürəm ki, futbolçuların uyğunlaşma baxımından hər hansı problemi yoxdur".

Qeyd edək ki, sabah “Araz-Naxçıvan” - “Aris” qarşılaşması saat 20:00-da "Dalğa Arena"da start götürəcək.

Cavab görüşü bir həftə sonra Yunanıstanda baş tutacaq.