Bakı klubu qazaxıstanlı baş məşqçi ilə yeni müqavilə bağladı

 Bakı klubu qazaxıstanlı baş məşqçi ilə yeni müqavilə bağladı

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikovla bağlı qərar verib.

"Mediasport" xəbər verir ki, paytaxt klubu qazaxıstanlı mütəxəssislə yola davam edəcək.

66 yaşlı çalışdırıcı ilə 1 illik yeni müqavilə bağlanıb.

2023-cü ildən “dəmiryolçular”da işləyən məşqçi komandanı son iki mövsümdə Azərbaycan çempionu edib.