Yığmamızın üzvü Azərbaycan çempionunun formasını geyinəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ceyran İmanova "DH Volley"dən ayrılıb.
"Mediasport" xəbər verir ki, libero karyerasını "Turan"da davam etdirəcək.
Tovuz klubu 31 yaşlı voleybolçu ilə 1 illik müqavilə bağlayıb.
"Turan" son mövsüm debütünü ölkə çempionluğu ilə qeyd edib və CEV Çempionlar Liqasında mübarizə aparacaq.
Daha əvvəl "Azərreyl"də oynamış İmanova milli komanda ilə 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub.


