Qurban Qurbanov jurnalistlər qarşısına nə vaxt çıxacaq?
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – ÇSKA (Sofiya, Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
"Mediasport" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 22-də saat 18:00-da “Azersun Arena”da baş tutacaq.
Saat 18:20-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Komandamızın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Hristo Yanevin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı 19:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da baş tutacaq.
Media mənsubları akkreditasiyalarını iyulun 22-də 11:00-dan 17:00-dək "Azersun Arena"nın media otağından götürə bilərlər.
Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – ÇSKA görüşü saat 20:00-da başlayacaq.


