"Bu klub hər zaman qəlbimdə qalacaq" - Yassin Benzia vidalaşır?

"Bu klub hər zaman qəlbimdə qalacaq" - Yassin Benzia vidalaşır?

"Qarabağ"da qalıb-qalmamağımdan asılı olmayaraq, bu klub hər zaman qəlbimdə qalacaq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yassin Benzia deyib.

Ağdam klubu ilə müqaviləsi gələn ay başa çatacaq əlcəzairli "CBC Sport" kanalına açıqlamasında gələcək karyerası ilə bağlı danışıb:

"Qarabağ"da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasına olan məsələdir. "Qarabağ"ı çox sevirəm. Qurban Qurbanov formamı bərpa etməyim üçün mənə çox kömək etdi. Klubla danışıqlar gedir, hələ də razılıq əldə etməmişik. Hər şey ola bilər".

Xatırladaq ki, Benzia "köhlən atlar"ın heyətində 2023-cü ilin yanvarından forma geyinir. O, cari mövsüm 48 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.