Azərbaycan UEFA-nın əmsallar cədvəlində iki pillə gerilədi

Azərbaycan UEFA-nın əmsallar cədvəlində iki pillə gerilədi

UEFA-nın əmsallar cədvəli yenilənib.

"Mediasport" xəbər verir ki, Azərbaycan sıralamada geriləyib.

Bu, UEFA Avropa Konfrans Liqasının Liqa mərhələsində dünən baş tutan 6-cı tur görüşlərindən sonra reallaşıb.

26-cı olan Azərbaycan 22,250 xalla 28-ci sıraya düşüb.

Sloveniya 22,843 xalla 26-cı, Slovakiya isə 22,375 xalla 27-ci olub.

Reytqinə 103,658 xalla İngiltərə başçılıq edir.