Rafael Fiziyev: "Nokautla qələbə qazanmağa çalışacağam, amma..."

Rafael Fiziyev: "Nokautla qələbə qazanmağa çalışacağam, amma..."

"Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda keçiriləcəyi üçün xoşbəxtəm. Bakıda döyüşəcəyim üçün şadam".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev deyib.

33 yaşlı idmançı "UFC Fight Night Baku" turnirində nokautla qələbə qazanmaq istədiyini deyib:

"Eyni komanda ilə hazırlaşıram. Bu kollektivi dəyişmək fikrim yoxdur. Hər döyüşçü nokautdan danışa bilər. Amma heç kim dəqiq deyə bilməz ki, bu, hansı raundda olacaq. Amma bunun üçün çalışacağam".

Xatırladaq ki, 27 iyun, saat 17:00-da başlayacaq yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.

Gecənin əsas döyüşü yüngül çəkidə məhz Fiziyev ilə meksikalı Manuel Torres arasında olacaq.