"Qəbələ" Premyer Liqa yolunda növbəti addımını İmişlidə atdı

 "Qəbələ" Premyer Liqa yolunda növbəti addımını İmişlidə atdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 14-cü tura start verilib.

Mediasport.com.az  xəbər verir ki, çempionatın lideri "Qəbələ" İmişli səfərində əsas rəqiblərindən birinə qalib gəlib.

Kaxaber Çxadadzenin rəhbərlik etdiyi kollektiv, beləliklə, xal ehtiyatını artıraraq Premyer Liqa yolunda növbəti addımı atıb.

Çempionluğa oynayan digər kollektiv "Karvan" isə Yevlaxda MOİK-ə şans verməyib.

Tura sabah yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 14-cü tur


"İmişli" - "Qəbələ" 1:2

Qollar: D.Rollo, 72 - Ş.Şahniyarov, 58, D.Massumo, 82.


"Karvan" - MOİK 3:1

Qollar: B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 - V.Əsgərov, 29.


"Mingəçevir" - "Cəbrayıl" 0:0