Rəşad Nəbiyev AÇ-də bürünc medal qazanan Əhmədi təbrik etdi

Rəşad Nəbiyev AÇ-də bürünc medal qazanan Əhmədi təbrik etdi

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanan Əhməd Yusifovu (60 kq) təbrik edib.

"Mediasport" xəbər verir ki, sosial şəbəkə hesabında cüdoçunun qələbə sevincini əks etdirən fotolarını paylaşan qurum rəhbəri idmançıya uğurlar arzulayıb:

"Cüdoçumuz Əhməd Yusifov Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanıb. Bu münasibətlə idmançımızı təbrik edir və çempionatda iştirak edən bütün təmsilçilərimizə uğurlar arzulayıram".

Qeyd edək ki, Azərbaycan qitə birinciliyinə 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə yollanıb.