Murad Fətiyev DÇ-də 1/4 finalda

Murad Fətiyev DÇ-də 1/4 finalda

Bakıda böyüklər arasında cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın dörd təmsilçisi mübarizəyə qoşulub.

Lakin Südabə Ağayeva (70 kq), Elcan Hacıyev və Süleyman Şükürov (hər ikisi 90 kq) ümidləri doğrultmayıblar.

Bu çəkidə yarışan Murad Fətiyev isə ardıcıl üç rəqibini məğlub edərək 1/4 finala yüksəlib.

Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 11-də başa çatacaq DÇ-də 4 medal qazanıb.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc mükafat əldə edib.