Azərbaycan idmançılarının rəqibləri müəyyənləşdi - Avropa çempionatı

  Azərbaycan idmançılarının rəqibləri müəyyənləşdi - Avropa çempionatı

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qitə birinciliyində Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarışda 43 ölkədən 367 idmançı (202 oğlan, 165 qız) iştirak edəcək.

Oğlanların mübarizəsi

-60 kq, 1/8 final

Nihad Məmişov - Qor Safaryan (Ermənistan) / Asxab İsayev (Belçika) cütünün qalibi ilə

Fərid Qarayev - Luka Kabesana (Almaniya) / Ferents Fedora (Macarıstan) cütünün qalibi ilə

-66 kq, 1/16 final

Məhəmməd Musayev - Edvard Yakimov (Estoniya)

Nizami İmranov - Yakub Kurovski (Polşa) / Yuray Odkladal (Slovakiya) cütünün qalibi ilə

-73 kq, 1/16 final

Əbil Yusubov - Georqios Kotsaxristos (Yunanıstan)

-81 kq, 1/16 final

Süleyman Şükürov - Duşan Qraxovac (Serbiya)

-90 kq, 1/16 final

Aslan Kotsoyev - Levente Kiss (Macarıstan)

-100 kq, 1/16 final 

Davud Namazlı - İvan Titinkin (IJF)

+100 kq, 1/8 final

Ramazan Əhmədov - Yannis Antoniu (Kipr)

Qızların mübarizəsi

-48 kq, 1/16 final

Fəridə Mirzəyeva - Viktoriya Slaşok (Polşa)

-52 kq, 1/16 final

Xədicə Qədəşova - Nino Tatrişvili (Gürcüstan)

Aydan Vəliyeva - Klara Erten (Almaniya)

+78 kq, 1/8 final

Nigar Süleymanova - Emma-Melis Aktaş (Estoniya)

Qarışıq komanda yarışı. 1/4 final

Azərbaycan - Yunanıstan / İsveçrə cütünün qalibi ilə