Millimiz Qazaxıstan yığmasını 2-ci matçda da məğlub etdi
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş futbolçularımızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində Ramil Əliyev 2, Sahib Məmmədov 1 qol vurub.
Xatırladaq ki, tərəflər arasında ilk dueldə də sevinən tərəf yığmamız olmuşdu (6:4).
