"Şamaxı" 1-ci Liqa klubuna qarşı

"Şamaxı" 1-ci Liqa klubuna qarşı

Milli komandaların oyunlarına görə ölkə çempionatında yaranmış fasilədən istifadə edən "Şamaxı" yoxlama oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, əyalət klubu 1-ci Liqa təmsilçisi “Şimal”la qarşılaşacaq.

Noyabrın 15-də Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:00-da start götürəcək.