"Zirə" - "Kəpəz" qarşılaşmasının vaxtı növbəti dəfə dəyişdirildi

"Zirə" - "Kəpəz" qarşılaşmasının vaxtı növbəti dəfə dəyişdirildi

 Azərbaycan Premyer Liqasının 24-cü turunun kəskin hava şəraitinə görə dünəndən bu günə keçirilmiş “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qarşılaşmanın startı saat 18:00-a təyin edilib.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi prosesi həyata keçirilir.

Qeyd edək ki, daha əvvəl oyunun saat 16:00-da başlanacağı açıqlanmışdı.