"Qarabağ" 2 futbolçunu yola saldı

"Qarabağ" 2 futbolçunu yola saldı

"Qarabağ" qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Amin Ramazanovun isə müqaviləsinin müddəti başa çatıb.

Fabian 2025/2026 mövsümündə "atlılar"ın heyətində ümumilikdə 7 oyuna çıxıb, 7 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.

Amin isə başa çatan sezon 2 oyuna çıxıb və 6 qol buraxıb.