Premyer Liqa klubundan ayrılan futbolçu bölgə təmsilçisinə keçdi

  Premyer Liqa klubundan ayrılan futbolçu bölgə təmsilçisinə keçdi

1-ci Liqa klubu "Şahdağ Qusar" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Mediasport" xəbər verir ki, şimallılar son mövsümü "İmişli"də keçirən Həzrət İsayevlə anlaşıblar.

Əyalət təmsilçisi 24 yaşlı müdafiəçi ilə 1+1 illik sözləşmə imzalayıb.

Həzrət 2025/2026 mövsümündə ümumilikdə 23 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

O, karyerası ərzində "Sabah"ın əvəzedicilərdən ibarət komandasında və "Araz-Naxçıvan"da da forma geyinib.