Kamal Umudlu UEFA Gənclər Liqasında "Benfika"nın oyununda
FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqası oyununa təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, noyabrın 25-də 3-cü turun ilk görüşü çərçivəsində Xorvatiyada keçiriləcək "Dinamo" (Zaqreb) - "Benfika" (Portuqaliya) matçının baş hakimi olacaq.
31 yaşlı ədalət təmsilçisinə yan xətlərdə Namik Hüseynov və Rəhman İmami köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

