"Qarabağ" və "Sabah"ın keçmiş baş məşqçisi bölgə klubunda

 "Qarabağ" və "Sabah"ın keçmiş baş məşqçisi bölgə klubunda

Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış edən "Hypers Guba"nın yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, şimal təmsilçisini Elvin Həsənov çalışdıracaq.

A kateqoriyalı mütəxəssislə "6 ay+1 il" şərti ilə müqavilə bağlanıb.

Xatırladaq ki, Elvin Həsənov bunadək "Leon", "Qarabağ", "Vətən" klublarının uşaq komandalarında çalışıb.

O, "Sabah"ın U-16 komandası ilə 3 dəfə Azərbaycan çempionu olub,  2 dəfə gümüş, bir dəfə bürünc medal qazanıb.

Çempionatda geridə qalan 13 tura 25 xal toplamış şimallılar turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar və lider "Şahdağ Qusar"dan 14 xal geri qalırlar.