Lamin Yamal Bakıya gəlməyəcək

Lamin Yamal Bakıya gəlməyəcək

İspaniyalı ulduz futbolçu Lamin Yamal "Barselona"nın Bakı səfərində olmayacaq.

“Mediasport” xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “Deportivo” ilə matçda zədələnən vinger UEFA Çempionlar Liqasının “Sabah”la oyununda iştirak etməyəcək.

18 yaşlı oyunçu bərpa prosesi üçün Barselonada qalacaq.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək.