"Sabah"ın "Barselona" ilə matçı şotland hakimlərə həvalə edildi

 "Sabah"ın "Barselona" ilə matçı şotland hakimlərə həvalə edildi

Noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" (İspaniya) oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, görüşü Şotlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Nik Uoşa yan xətlərdə Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Qarşılaşma saat 21:45-də start götürəcək.