Avrokuboklara vəsiqə qazanan ilk Azərbaycan klubu məlum oldu

Avrokuboklara vəsiqə qazanan ilk Azərbaycan klubu məlum oldu

Azərbaycandan 2026/2027-ci illər mövsüm üçün avrokuboklara vəsiqə qazanan ilk klub məlum olub.

"Mediasport" xəbər verir ki, bu" Premyer Liqanın lideri "Sabah"dır.

Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv vəzifənin öhdəsindən mövsümün başa çatmasına 7 tur qalmış gəlib.

Premyer Liqada 26 tura 65 xal toplayan "bayquşlar" 4-cü pillədəki “Zirə”dən 22 xal irəlidədirlər.

Komanda ən pis halda mövsümü 3-cü sırada başa vura bilər ki, bu da avrokuboklara (Konfrans Liqası) yollanmaq üçün yetərlidir.

Xatırladaq ki, "Sabah" 1 matç az keçirmiş "Qarabağ"ı 10 qal qabaqlayır.