Planetdə İspaniya yığmasına qalib gələn komanda tapılmayacaq?
Futbol üzrə İspaniya milli komandasının məğlubiyyətsizlik seriyası davam edir.
"Mediasport" xəbər verir ki, Luis de la Fuentenin baş məşqçisi olduğu son dünya çempionları növbəti qələbəni UEFA Millətlər Liqasının 5-ci turunda Çexiya kollektivi üzərində qazanıblar (2:0).
Bununla da pireneylilərin bütün turnirlər daxil uğurlu seriyası 43 oyuna çatıb.
"Qırmızı furiya" sonuncu dəfə 2024-cü ilin martında yoldaşlıq görüşündə Kolumbiyaya uduzub (0:1).

