"Vurduğum qol komandama xeyir verəcəksə, daha çox sevinəcəm"

"Vurduğum qol komandama xeyir verəcəksə, daha çox sevinəcəm"

"Milli komandanın heyətində ən çox qol vuran futbolçu adına layiq görülmək üçün çox çalışmışam. Əgər vurduğum qol komandama xeyir verəcəksə, daha çox sevinəcəyəm. Ukrayna ilə oyunda komandamız çox əziyyət çəkdi".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov deyib.

Matçda milli komandamızın bərabərlik qolunun müəllifi olan futbolçu DÇ-2026-nın seçmə qrup mərhələsinin 2-ci turunun Ukrayna ilə görüşü haqqında (1:1) təəssüratlarını bölüşüb:

"Ukraynanın çox güclü rəqib olduğunu bilirdik. Biz də birlikdə mübarizə apararaq nəticə qazanacağımızı düşünürdük. Doğrudur, qələbə qazanmadıq, amma İslandiya ilə oyundan sonra bu nəticə komandaya yaxşı təsir göstərəcək".

Emin azarkeşlərin dəstəyindən də söz açıb və Fransa ilə keçiriləcək oyunu dəyərləndirib:

"Azarkeşlərə təşəkkür etmək istəyirəm. Onlar matçın sonuna qədər bizim vuruşmağımız üçün səy göstərdilər. Fransanın gücünü hamı bilir. Lakin biz də çalışacağıq ki, hər şey yaxşı olsun".