Azərbaycan güləşçisi Belarusda keçirilən turnirin qalibi oldu
Belarusun paytaxtı Minskdə 3-qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
"Mediasport" xəbər verir ki, 55-ci dəfə təşkil edilən yarışda sərbəst güləş üzrə milli komandanın üzvü Abubakr Abakarov (92 kq) uğurlu çıxış edib.
Bütün rəqiblərinə qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız finalda dağıstanlı Qamzat Qasanov üzərində inamlı qələbə qazanıb – 12:5.
