Qəbələdə 4 qollu "sülh" oldu

 Qəbələdə 4 qollu "sülh" oldu

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan "Qəbələ" və "İmişli" klubları yoxlama matçında üz-üzə gəliblər.

"Mediasport" xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda baş tutub.

4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 2:2.

Aranlılardan Juninyo və Dioqu Kardozu, meydan sahiblərindən isə Kərim Rossi fərqlənib. Digər qol avtoqol olub.