Toral Bayramovun qolu Avropada mövsümün "10-luğ"unda yer aldı

UEFA Avropa Liqasında başa çatan 2024/2025-ci illər mövsümünün ən yaxşı 10 qolu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "10-luq"da "Qarabağ"ın futbolçusu Toral Bayramovun Liqa mərhələsində səfərdə Norveçin "Budö Qlimt" komandasının qapısına vurduğu qol da yer alıb.
Toralın qolu sıralamada 7-ci olub.
Reytinqin qalibi adını "Qalatasaray"ının futbolçusu Yunus Akgün qazanıb. Onun Liqa mərhələsində "Tottenhem"ə vurduğu qol ən yaxşı adına layiq görülüb.