Mateta: “Azərbaycan millisi ilk 10 dəqiqədə bizi təəccübləndirdi"

Mateta: “Azərbaycan millisi ilk 10 dəqiqədə bizi təəccübləndirdi"

“Azərbaycan millisi ilk 10 dəqiqədə bizi təəccübləndirdi. Ancaq bu, futboldur və başa düşürdük ki, ikili mübarizələri qazanıb cavab verməliyik".

"Mediasport" xəbər verir ki, bu sözləri Fransa milli komandasının futbolçusu Jan-Filip Mateta deyib.

28 yaşlı forvard "L'Equipe" telekanalına açıqlamasında DÇ-2026-nın seçmə mərhələsinin dünən Bakıda keçirilmiş görüşü haqda danışıb. İngiltərənin "Kristal Pelas" klubunun hücumçusu vəziyyəti dəyişməyə məcbur olduqlarını qeyd edib:

"Rəqib oyuna inamlı başlayıb qol vurdu. Qısa müddətdə özümü toparlayıb qol vurmalı idik. Yoxsa Azərbaycanın müdafiə olunmaq gücü artacaqdı. Tapşırığın öhdəsindən layiqincə gəldiyimizi düşünürəm.

Qeyd edək ki, Mateta 3:1 hesabı ilə qələbə qazandıqları qarşılaşmada komandasının bərabərlik qolunun müəllifi olub.