"Turan Tovuz" doğma meydanda nə vaxt oynayacaq? - AÇIQLAMA

"Hazırda işlər plan üzrə gedir və axsama yoxdur. Yekun ot biçimi və daha sonra test prosesi olmalıdır. Bundan sonra artıq son məlumat veriləcək".
Bunu "Mediasport"a açıqlamasında "Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev deyib.
Qərb klubunun rəsmisi stadionda yeni və təbii ot örtüyünün salınma prosesinin yekunlaşdığını açıqlayıb:
"Stadionun oktyabrın sonuna hazır olacağı gözlənilir. O zamana qədər yekun rəy veriləcək. Bundan sonra ev oyunlarımızı yenidən Tovuz şəhər stadionunda keçirəcəyimizi deyə dəqiq deyə bilərik".
Xatırladaq ki, tovuzlular 2025/2026-cı illər mövsümünün əvvəlindən rəqiblərini Bakıda - "Qarabağ"a məxsus "Azərsun Arena"da qəbul edir.